- Bu gün ən mükəmməl günlərimdən birini yaşadım. Həyatda həqiqi dosta sahib olanlar bilər yalnız bu xoşbəxtliyi. Təsəvvür edin, oturmuşam restoranda və ofisiant əlində tort gətirir, qarşımda gülümsəyən dost və əlində ən sevdiyim hədiyyə kitab. Bu gün 1 ay tez üç ilimizi qeyd etdik, tanış olmağımızın, dost olmağımızın gününü qeyd etdik. İyunun 23-ü 3 ilimiz tamam olacaq, bu illər ərzində o qədər çətin anlarımız oldu ki. Bunları bura yaza bilmərəm, amma anlayacağınız kədərin dibinə qədər batmışdıq və o anlarda yalnız ikimiz var idik. Necə deyərlər, bir-birimizə tutunduq. Birlikdə ağladıq və birlikdə güldük. Ən çətin zamanları əl-əl verərək aşdıq. Bu gün o qədər hüzurlu, o qədər xoşbəxt, o qədər fərahıq ki. Şükürlər olsun! @gulnar_tanriverdiyeva , yaxşı ki, varımsan! Bu illər ərzində mənə qatdığın hər şey üçün sənə minnətdaram, o gün olsun, 30 ilimizi qeyd edək! Nə yaxşı ki, sən, nə yaxşı ki, sənin kimi mükəmməl dost! ❤ #friend #friendgoal #mybest #thankyou
12 0