Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib. #sözbazarı #azerbaycan #azerbaijan #mypresident #aliyev #ilhamaliyev #liketime #instaazerbaijan #followforfollowback #instagood
15 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib. #siyaset #azerbaycan #azerbaijan #mypresident #aliyev #ilhamaliyev #liketime #instaazerbaijan #followforfollowback #instagood
23 0
"Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq". Bunu Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən bildirib. "Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır", - deyə dövlət başçısı qeyd edib. #prezident #ilhamaliyev #azerbaycan #report Səhifəni izləyin 👉 👉 @report.az
85 0
Hər bir insanı aşırılıqdan qurtarmaq üçün şiddət deyil, onun sıxıntılarını dinləyərək müalicə etmək lazımdır. Şiddət nifrətə, müalicə isə sağlam düşüncənin ərsəyə gəlməsinə səbəb olur. Düşünürəm ki hər bir etimad olunan məmurdan ən sıravi işçiyə kimi, oturduğu "kreslonun" haqqını nəfsinə uyğun deyil də dövlətin qanunlarına söykənən tərzdə verərsə bu tip hallar nifrətdən sevgiyə çevrilər. Gəlin əməllərimizlə niyyətimizi ortaq cəmləyərək dövlətimizi, məmləkətimizi, millətimizi sevdirək. Bizim bir ortaq düşmənimiz var, oda erməni. Əsl sağlam məmur dövlətinə nifrət etdirən deyil, sevdirəndir. Hansı məqamda oluruq olaq sağlam cəmiyyətin ərsəyə gəlməsinə səbəb olaq ki, heç olmasa adımız rəhmət olaraq anılsın! Zatən qidalanacaq bir mədəmiz, izin verilmiş yaşayacaq bir qədərimiz var. O bəxş edilmiş qədəri, xeyirli ibrətlərlə anılacaq bir məqama çatdıraq! Atalar demişkən: "sirkə nə qədər tünd olarsa öz qabını çatladar". Eyni zamanda xalq olaraq əmin-amanlığın nemət olduğunu unutmamalıyıq.... ---------------------------------------------------------------------------------------- #instagram #mehribanaliyeva #vitseprezidentazerbaycan #qadin #ana #dəyərləri̇mi̇zi̇_unutmayaq #pre#prezidentazofficial #prezidentilhamaliyev #ilh#ilhamaliyev #ilhamaliyev #prezidentaz #prezidentfamily #woman #ins#ins#instagramazejan #instagramaze #instagramaz
7 1