@presidentazofficial
1k Posts
64k Followers
20 Following
The material used on this page is provided by the official website of the President of the Republic of Azerbaijan.
1k Posts
64k Followers
20 Following
The material used on this page is provided by the official website of the President of the Republic of Azerbaijan.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Xan bağı”nın simasının tamamilə dəyişdiyi barədə məlumat verildi. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb. “Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət guşələri yaradılıb. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr quraşdırılıb. Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
1k 0

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər. Direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını dedi. Bildirildi ki, ümumilikdə 20 nəfərlik heyət uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır. Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb. Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur. Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğuladı.
1k 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar. Ev-muzeyinin direktoru İradə İbayeva muzey və onun nəzdində elmi-ədəbi tədqiqat şöbəsinin Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradıldığını bildirdi. 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır. Mir Cəlal Paşayevin ev muzeyinin Gəncə şəhərində fəaliyyət göstərməsi təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir. Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.
1k 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər. Uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub. Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış oldu, müəssisənin azyaşlı sakinləri ilə görüşdü. Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlandı. Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşdülər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışdılar. Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti onlara yaxşı oxumağı tövsiyə etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğuladı. Bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar. Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyac olduğunu bildirdi. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb. Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verildi ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək. Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verdi.
1k 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.
1k 0