👑qelbim_sahibsiz_ada👑 @qelbim_sahibsiz_ada
2k Posts
62k Followers
189 Following
Darıxmışam. Həyatımda heç kim üçün darıxmadığım qədər darıxmışam sənin üçün. Dəlilər kimi sevdiyin adamın səsini unutmaq nə deməkdi bilirsənmi?. Mən unutdum. Qoxunu unutdum, gülüşünü unutdum, "sevirəm" deyişini unutdum. Adını hər eşidəndə ürəyim yerindən çıxırdı adam. Adını unutdum. Təkrar qorusan məni. Təkrar nazik geyinməyimə icazə verməsən deyirəm. "Xəstələnəcəksən bu gedişlə" desən. Qadınlardan anlayan bir sevgilim var deyib, təkrar qürurlansan həm özünlə, həm də mənimlə. Təkrar sən və mən "biz" olsaq. Keçmişi xatırlamaqdan bezdim mən. Səni yanımda istəyirəm. Çoxmu?. Bir qız dostu qazandıq özümüzə. Keçənlərdə kaş ki, hər kəs sevdiyi qədər sevilsəydi dedi. Sən məni, mənim səni sevdiyimin dörddə biri qədər sevsən yenə də bəs idi sevgilim. Təkrar mənə canım desən, yuxun gəlsə belə, sabahın korunda dərslərin olsa belə, "biraz daha səsini eşidim" deyə yatmamaq üçün inad etsən. İndi sənə bu yazıları yazacaq günlərə gəlməsəm? Həyat çoxmu gördü bizə xoşbəxtliyi?. Və sən sevgilim inan səmimiyyətimə. Bu mesajları bizə acı deyə yazmıram. Bizdən keçib sevgilim. Dik tut başını və önünə bax. Bakı balaca şəhər. Bəlkə bir gün qarşılaşarıq. Gözlərinin qəhvəyisi üçün darıxmışam. #aztagram #azerbaijan #baku #qelbim_sahibsiz_ada
1k 35